Narkotikin təsiri altında "Prius" sürdü, yaxalandı 

09:55 04.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı “Toyota Prius” markalı nəqliyyat vasitəsinin sürücüsü M. Başaratov yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə yol polisləri tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, müayinə zamanı həmin şəxsin narkotik vasitənin təsiri altında olduğu məlum olub.

M.Başaratovun barəsində müvafiq tədbir görülüb.